İran prezidenti İbrahim Rəisinin noyabrda Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Zirvəsinə qatılacağı təqdirdə "beynəlxalq mühakimə səlahiyyətləri" çərçivəsində həbs olunması üçün Şotlandiya polisinə rəsmi tələb təqdim edildi.
Hafta.az "The Times" qəzetinə istinadən yazır ki, polisə ünvanlanan rəsmi tələbə İran hakimiyyətinin işkəncə verdiyi və edam etdirdiyi şəxslərin yaxınları və insan haqları müdafiəçiləri imza atıblar.
Qeyd edək ki, Tehranda səslənən xəbərlərdə, avqust ayında prezident seçilən Rəisinin iqlim zirvəsində iştirak üçün Böyük Britaniyaya gedəcəyi və bunun dövlət başçısının ilk xarici səfəri olacağı deyilir.
Xatırladaq ki, millətindən və dinindən, tutduğu mövqeyindən asılı olmayaraq istənilən şəxs hansısa cinayət tərkibli hərəkətindən dolayısı "beynəlxalq mühakimə səlahiyyətləri" çərçivəsində hər hansı ölkədə istintaq oluna bilər. Məsələn,
London hökuməti bu hüquqi qaydadan Çilinin keçmiş diktatoru Avqusto Pinoçetin 1998-ci ildə İngiltərə torpaqlarına gəldiyi zaman cinayət ittihamları ilə həbs olunması üçün istifadə edib.
Məlumatda deyilir ki, hətta Şotlandiya parlamentinin keçmiş mühafizəkar üzvü Struan Stevenson da Rəisinin həbs olunması üçün polis şefi İan Livingstona şikayət məktubu ilə müraciət edib. Şotlandiya polisi isə artıq tərəflərdən tələb dolu məktubları aldıqlarını və nəzarətə götürdüklərini bildirib.
Beynəlxalq Əfv Təşkilatının Şotlandiya Proqram direktoru Naomi McAuliffe isə, “Təşkilatımız Rəisinin 1988-ci ildə üzvü olduğu "Ölüm Komissiyası" tərəfindən minlərlə siyasi müxalifin zorla qaçırılma və mühakiməsiz edamı da daxil, insanlığa qarşı işlənən cinayətlərdə həlledici rol oynaması haqda faktları sənədləşdirib" deyib. Onun sözlərinə görə, Rəisi beynəlxalq hüquqa əsasən, cinayətlərdə iştirak etdiyi üçün mütləq mühakimə olunmalıdır.
İran prezidentinin həbsi üçün rəsmi müraciət olundu
22:00 08.10.2021
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Siyasət rubrikasından digər xəbərlər